0
19

“Beşiktaş”ın prezidenti Fikrət Orman komandanın planlarını açıqlayıb.

Respublikaxeberleri.com  oxu.az-a istinadla xəbər verir ki, klub rəhbəri “Bein Sports”un əməkdaşı Gürlər Akgünə verdiyi açıqlamasında Azərbaycan səfərindən də danışıb.
O deyib ki, sentyabrda yoxlama görüşü keçirmək üçün Bakıya yollanacaqlar və bu plan dəyişməz olaraq qalıb:

“Təəssüf ki, çempionatı istədiyimiz yerdə bitirmədik və mövsümə erkən başlamaq məcburiyyətində qaldıq. Bu səbəbdən səfərlərimiz təxirə salındı. Çinə səfərimizi ləğv olundu, sadəcə.

Sentyabrda Azərbaycana gedəcəyik. Ötən mövsüm Çempionlar Liqasında yaxşı çıxış etdik. Türkiyənin Avropada önəmli üzü olduq. Avropa Liqasında da hədəflərimiz yüksək olacaq”.