Maksud Mahmudovun ” Qarakənd” faciəsinin şəhidlərindən olan Osman Mirzəyevin həyat yoldaşını təhkir etməsi barəsində açıqlaması

14 iyul 2019 cu-il tarixdə viner Səbuhi Xanlarov  və iş adamı  Maksud  Mahmudovun ” Qarakənd” faciəsinin şəhidlərindən olan Osman  Mirzəyevin  həyat yoldaşını  təhkir etməsi barəsində məlumat vermişdik. Lakin mövzu ilə bağlı Maksud Mahmudovu redaksiyamıza dəvət edərək açıqlama verməsini istədik. Və o, bizə müsahibəsində bildirdi ki, ” Bəli belə bir mövzu olub, lakin yalnış anlamış ola bilərsiz. Mən hecvaxt şəhidin həyat yoldaşını təhkir etmərəm. Bu mənə yaraşmaz. Mən sadəcə ABŞ-da anti milli fəaliyyət göstərən onun qızı Sevinc Osman qızını vətən xaini kimi görüb cox əsəbləşirəm. Çünki vətən xaini olan hər kim olur olsun bizim üçün bağışlanmazdır. Bu yöndən Sevinc Osman qızının o ailəyə yaraşmadığını və o xanımın qızı olmadığı ifadələrini işlədərək, o anaya layiq olmadığını bildirmək istəmişəm.