Millət Vəkili Cavanşir Feyziyev həqiqətən cinayət törətdimi?…

Azərbaycanın səsi telekanalında bildirilib ki, Xəzər rayonunda bir qadının ölümü ilə nəticələnən yol qəza hadisəsinin, Milli məclisin deputatı Cavanşir Feyziyevə məxsus olan Porşe KN markalı 90-pc-111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədildiyi ortaya çıxıb. Hadisə fevralın 15 də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verib. Cavanşir Feyziyevin qardaşı oğlanlarının dəbdəbəli həyat tərzi də səhifələrdən əksilmir.

Cavanşir Feyziyev “AVRO MED” şirkətinin təsisçisi və payçısıdir. Lakin bir neçə il əvvəl deputat, şirkətin təsisçiliyindən imtina etdiyini açıqlasa da “AVROMED” də onun əhəmiyyətli paya malik olduğu məlumdur. O, açıqlamasında bildirib ki, qəza vaxtı sükan arxasında sürücü olub, özü isə Brüseldə səfərdə olub. Lakin daha sonra məlum olub ki, deputat fevralın 12-sindən səfərdə olduğunu bildirsə də, 12-si  o, səfərdə olmayıb. Səfəri yanvar ayının 31-i başa çatıb.

Bu nə dərəcədə düzdür? Bu qəzanı törədən şəxs kimdir? Hələ də fəaliyyətdə olan “AVROMED” şirkətinin Cavanşir Feyziyevin adına olduğu hallda, imtina etməsinə səbəb nədir? Təəssüf ki, hələ də bu suallara cavab tapa bilmirik.