Yarımçıq qalan ömür

 

Bəzən necə olacağımızı, başımıza nələr gələcəyini bilmirik. Elə qəhrəmanım kimi. Adı kimi özünündə yarımçıq qalan talehi.

Taleh Cavanşir oğlu 16 noyabr 1988-ci ildə Bakıda -İçəriŞəhərdə anadan olub
Gəncə şəhərində İsmət Qayıbov adına orta məktəbdə və Gəncə Türk Liseyində təhsil alıb.
Sonra Türkiyənin paytaxtı Ankarada,Ankara Universitetinin hüquq fakultəsində,sonralar isə Azərbaycan İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsinin Beynəlxalq əlaqələr bölməsini bitirib,diplomat kimi fəaliyyətə başlayıb,eyni zamanda “Qafqaz-Media”İctimai Birliyinin Gənclər şöbəsinə rəhbərlik edirdi.Məqalələri dövrü mətbuatda mütamadik çap olunurdu..
Gəncədə rəssamlıq məktəbini bitirib,həvəskar rəssam idi,100 -dən çox əsərinin təqdimatı Gürcüstanda,İzraildə,Almaniyada,Bakıda,Gəncədə keçirilib.
İlk rəsm əsərlərindən ibarət bukleti 11 yaşında ikən çap olunub.
Ailənin yeganə övladı olan Taleh 19 iyul 2020-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişib.
Son anda -oy ürəyimdə nəsə qırıldı,anamdan muğayat olun-söyləyən Taleh 2 saniyənin içində həyatla vidalaşıb. Dedektiv janrda qələmə aldığı “Məhv Olmuş Həyat” adlı povesti tezliklə ölümündən sonra işıq üzü görəcək.
1 ay öncə yağlı boya ilə çəkdiyi son rəsm əsərinə isə “Qaranlıqdan işıq doğacaq” adı verib.
3 yaşlı Zenfira-Memi qızını atasız qoyub gedən Taleh,anası Azadə xanımı yarı yolda qoydu
Amansız həyat………..
Taleh Həcc və Məşəd ziyarətlərində olub

Allah rəhmət eləsin

Mirdaməd Əzizov

P.S 20 iyul 2020 ci il Gəncə şəhərində sənin son vida mərasiminə qatılmaqla səni yaxşı tanıdım