Əfqanıstanın ilk qadın kino rejissoru güllələnib

Əfqanıstanın ilk qadın kino rejissoru Səba Səhər odlu silahdan hücuma məruz qalıb.

Respublika xəbərləri1054 Trend-ə istinadən bildirir ki, 44 yaşlı rejissor avtomobildə olarkən, naməlum şəxs ona atəş açıb.

Hadisə nəticəsində rejissor və onun iki cangüdəni yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Onların həyati təhlükəsinin olmadığı deyilir.

Hücumun motivləri ilə bağlı araşdırma aparılır.