Emin Pirinin imza günü

0
21

Azərbaycan Yazıçılar Birliyində şair Emin Pirinin “Sağ qalan varmı?!” adlı şeirlər kitabının imza günü keçiriləcək. İmza günü mayın 19-u saat  14:00-dan 17:00-a qədər baş tutacaq. Müəllifin ikinci kitabı olan “Sağ qalan varmı?!” kitabında əsasən müharibə, sevgi və sosial yönümlü şeirlərə yer verilib. Kitab “Ədiblər yayımları” çərçivəsində işıq üzü görüb. Məlumat üçün bildirək ki, “Sağ qalan varmı” layihənin ilk kitabıdır.