“Bu mənim üçün ən ali mükafat oldu”

0
21
  Azərbaycan prezidenti İlham Əliyev mayın 10-da Xalq şairi  Nəriman Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb. Qocaman şair Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə ali mükafatla mükafatlandırılıb. Xalq şairi açıqlamasında mükafatla bağlı təəssüratlarını bölüşüb:
“Təəssüratlarım çox yüksəkdi. Bir neçə orden və medalım da var. Amma mənim nəzərimdə bu ən alisidir. Heydər Əliyevi çox yaxşı tanıyırdım. Biz sovet dövründə o qədər görüşlərə getmişik ki. Onun  dövrü ədəbiyyatın, mədəniyyətin çiçəkləndiyi bir dövr oldu. Çünki özü hamısını oxuyurdu. Çox böyük şəxsiyyətdi. Şeirimizi də çox sevirdi. Səməd Vurğunun məşhur şeirini səsləndirəndə sonda kövrəlir. Özü də ona lazım deyildi ki, kimin necə yazıçı, şair olduğunu deyəsən. Hamısını özü oxuyurdu və tanıyırdı. Tamaşalara da tez-tez gələrdi. Mən çox sevindim. Qəribə hisslər keçirdim. Elə insanlar var ki, onlar həm sağlığında, həm də vəfatından sonra da sənə arxa-dayaq olur”.